Ərdoğana qadağa qoyuldu

Türkiyənin Mərkəzi Seçki Komissiyası (MSK) Baş nazir Rəcəb Tayyib Ərdoğanın prezident seçkiləri ilə bağlı reklam çarxını qadağan edib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qadağaya səbəb reklam çarxında azandan və digər dini atributlardan istifadə olunması göstərilir.

MSK bunu dini hisslərin istismarı kimi qiymətləndirir. Türkiyənin hakim partiyası MSK-nin qərarını sərt tənqid edib.

Xatırladaq ki, cari ilin avqustun 10-da Türkiyədə Prezident seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə