Misir hakimiyyəti Süveyş kanalının alternativi olacaq kanalın tikintisi ilə bağlı irimiqyaslı layihəni reallaşdırmaq niyyətindədir. Misir KİV-ləri bunu Süveyş kanalı idarəsinin rəhbəri Muxab Mamişin bəyanatına istinadla xəbər verir.
Süveyş kanalı idarəsinin rəhbəri bildirmişdir ki, ölkə rəhbərliyi hazırkı kanala paralel olan 72 kilometrlik yeni kanalın tikintisinə başlayır. Onun sözlərinə görə, bu layihə Misiri dünya iqtisadiyyatının mərkəzinə çevirəcəkdir.
Qeyd etmək lazımdır ki, Süveyş kanalı Misirin mühüm nəqliyyat arteriyasıdır. Dünya dəniz daşınmalarının 10 faizi bu kanal vasitəsilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB