Almaniyanın kansleri Angela Merkel anticasus çipi ilə təchiz edilən öz yeni mobil telefonundan Nazirlər Kabinetinin üzvlərinə zəng edə bilmir. SİA-nın xəbərinə görə, Almaniya hökumətinin üzvlərində rabitə ilə bağlı yaranan problemlər haqqında "Bild" qəzeti yazıb.
Nəşrin məlumatına görə, nazirlər üçün xüsusi təhlükəsiz telefonlara quraşdırılan çiplər "Secusmart" şirkətinin avadanlığına uyğun gəlməyib. Xatırladaq ki, kanslerin telefonu "Secusmart" şirkətinin avadanlığı ilə təchiz edilib.
Məsələn, xarici işlər naziri Frank Valter Ştaynmayer ilə maliyyə naziri Volfqanq Şoyble arasındakı zəngin söhbətini ələ keçirmək mümkün deyil. Amma hər iki nazir şifrlənmiş kanallardan istifadə etməklə Angela Merkelə zəng edə bilmir.
Nəşr yazıb ki, hələ ki problem tam həllini tapmayıb, yalnız bəzi nazirlər üçün kanslerin istifadə etdiyi eyni aparatlar satın alınıb. İyunun sonunda Angela Merkel xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş yeni "Blackberry Q10" telefonuna sahiblənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB