Türkiyədə seçkilər çərçivəsində xaricdə seçicilərin iştirakı on faizə yaxındır
Türkiyədə prezident seçkiləri çərçivəsində xaricdə seçicilərin iştirakı on faizə yaxındır. SİA bu barədə türk mətbuatına istinadən xəbər verir.
Məlumata görə, ən aşağı göstərici Avropa ölkələrində qeydə alınıb.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Baş nazirinin müavini Əmrullah İşlər xaricdəki bəzi Türkiyə vətəndaşlarının öz demokratik seçki hüquqlarını həyata keçirə bilməyərək prezident seçkilərində səs verə bilmədiyini bildirmişdi.
Qeyd edək ki, avqustun 3-də prezident seçkiləri üzrə Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə yaşayan vətəndaşları səs veriblər.
Türkiyədə prezident seçkiləri isə bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB