Çində zəlzələ baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Çin hökuməti məlumat yayıb. 6.1 bal gücündə baş verən zəlzələ nəticəsində 381 nəfərin öldüyü, 1801 nəfərin yaralandığı, 3 nəfər isə itkin düşdüyü bildirilir.
Yerli hakimiyyətin yaydığı xəbərə görə, zəlzələ nəticəsində minlərlə ev və məktəb binaları uçub. Həmçinin kommunal xətlər bərbad vəziyyətə düşüb.
Qeyd edək ki, zəlzələ Guizhou və Sichuan əyalətlərində də hiss olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB