Azərbaycanda yaşayan Türkiyə vətəndaşları avqustun 3-də səs verəcəklər
Azərbaycanda yaşayan və bu ölkənin ərazisində müvəqqəti olan Türkiyə vətəndaşları avqustun 3-də Türkiyə səfirliyində səs verəcəklər. SİA-nın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilib ki, səsvermə avqustun 3-də, yerli vaxtla saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq. Seçkilər çərçivəsində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər. Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.
Prezident seçkilərinin ikinci turunun keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB