" "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davamlı olacaq"

" "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davamlı olacaq"

Türkiyədə "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məsələ ilə bağlı açıqlama verən ölkənin ədliyyə naziri Bəkir Bozdağ bu əməliyyatın davamlı olacağını bildirib.

O bildirib ki, sözügedən hərəkata qarşı əməliyyatlar şəffaf şəkildə keçirilsə də, bəzi mətbuat vasitələrində təhrifə yol verilir: " "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı əməliyyatlar şəffaf keçirilsə də, ölkədəki bəzi kütləvi informasiya vasitələri bu əməliyyatlarla bağlı məlumatları bilərəkdən təhrif edirlər".

Xatırladaq ki, Türkiyədə iyulun 22-də "Gülən hərəkatı"nın tərəfdarlarına qarşı keçirilən əməliyyat çərçivəsində 70-dən artıq polis saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə