İsraildən Qəzzaya 4 saatlıq atəşkəs

İsraildən Qəzzaya 4 saatlıq atəşkəs

İsrail Qəzzada 4 saatlıq atəşkəs elan edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə İsrail ordusunun sözçüsü Avichay Adraee açıqlamasında bildirib.

Onun sözlərinə görə, atəşkəs yerli saatla 15:00-19:00 arasında atışmaların getdiyi bölgələrdə etibarlı olacaq.

BMT-dən verilən məlumata görə, Qəzzada evlərini tərk edən fələstinlilərin sayı 180 mini ötüb.

Qeyd edək ki, iyulun 8-dən bəri həyata keçirilən əməliyyatlarda 1260 fələstinli və 55 İsrail əsgəri ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə