İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda insan təlafatı davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İsrail ordusu bu dəfə fələstinlilərin BMT-nin fələstinli mühacirlərə kömək birliyinin tabeliyində olan Qəzzadakı məktəbə təşkil etdiyi hücumda ilkin nəticələrə görə 20 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb.
Bu barədə Fələstin Hökumətinin Qəzzadakı Səhiyyə Nazirliyinin rəsmisi Əşrəf-əl-Kudra açıqlama verib. Onun sözlərinə görə, hədəf alınan məktəbdə İsrailin Qəzzaya hücumları nəticəsində evləri yararsız vəziyyətə düşən bir çox ailə sığınacaq tapmışdı.
Əşrəfə-əl-Kudra onu da əlavə edib ki, İsrail ordusunun bir neçə gün əvvəl başqa məktəbə təşkil etdiyi hücumda isə 15 insan ölüb, təxminən 200 adam yaralanıb: "İyulun 7-dən bu günə kimi İsrailin hava, quru və dənizdən davam etdirdiyi hücumlarda 252-si uşaq, 94-ü qadın və 50-si yaşlı olmaqla 1261 nəfər həyatını itirib. Bundan əlavə, 1980-i uşaq, 1175-i qadın və 259-u yaşlı olmaqla 7130 adam yaralanıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB