Ukrayna Təhlükəsizlik və Müdafiə Şurası qara qutuların araşdırılmasından irəli gələn ilk nəticəni açıqlayıb. Qurumun nümayəndəsi Andriy Lissenko mətbuata bildirib ki, "güclü partlayış" nəticəsində təyyarə "dekompressiyaya uğrayıb".
Qeyd edək ki, qara qutuların tədqiqi ilə Böyük Britaniyada yerləşən Hava Qəzalarının Araşdırılması İdarəsi məşğul olur.
Hadisə yerinə ən yaxın şəhər də daxil olmaqla, Donetsk ətrafındakı toqquşmalar Hollandiya hərbi polislərini onsuz da yubanmış olduqları hadisə yerinə gedişini təxirə salmağa məcbur edir.
Qeyd edək ki, holland hərbi polisləri Ukrayna qüvvələri və üsyançılar arasında iyulun 27-də qəza yerinin yaxınlığında baş vermiş döyüşlərdən sonra Malaziya hava yollarına məxsus MH17 reysinin vurulduğu əraziyə daxil olmağı təxirə salmağa məcbur olublar.
Toqquşmalar iyulun 27-də günorta hökumət qüvvələrinin Donetski mühasirəyə almaq üçün planlaşdırdıqları hücuma başlamasından sonra Donetskdən 40 km şərqdə yerləşən və hadisə yerinə ən yaxın olan Torez şəhəri ətrafında baş vermişdir.
"Döyüşlər davam edir. Biz risk edə bilmərik", - deyə ATƏT-in müşahidəçi missiyasının rəhbərinin müavini bildirib.
"Hadisə yerinə gedən yolun və hadisə yerinin təhlükəsizliyi ilə bağlı vəziyyət bizim silahsız müşahidə missiyamız üçün yolverilməzdir", - deyə o əlavə edib.
Silahsız polislər artıq iyulun 27-də səhər Donetskdə azsaylı avstraliyalı və hollandiyalı təhqiqatçılara qoşulublar.
Malaziya baş naziri Necob Rezek bazar günü bölgədəki əsas separatçı lider olan Aleksandr Borodayla beynəlxalq polislərin girişinə icazə verilməsi ilə bağlı razılığa gəldiyini bildirib.
Avstraliyanın baş naziri Toni Abbot Avstraliya polislərinin də tezliklə belə davranmalı olduğunu deyib.
Qeyd edək ki, polislər qəzanın təhqiqatçılarının bütün bu vaxt ərzində "təhlükəsizliklərini təmin etməyi" nəzərdə tutmuşdu. Lakin atəşkəsə baxmayaraq, yenidən başlayan gərgin döyüşlər onların gəlişini qeyri-mümkün edib.
Bildirilir ki, əsəbləşmiş üsyançılar qəza yerinin yaxınlığınakı Qrebovo kəndindəki atışma və artilleriya hücumundan xəbər tutan kimi hadisə yerinə rəhbərlik edən jurnalistləri geri qaytarıblar.
Xəbərlərə əsasən, Ukrayna qüvvələri aprel ayından indiyə kimi üsyançıların əlində olan regional paytaxt Donetski mühasirəyə alaraq geri qaytarmaq məqsədi daşıyan hücumu davam etdirirlər.
Tvitter istifadəçiləri deyir ki, hökumət tankları bu gün günorta üsyançılar tərəfindən idarə olunan ərazinin mərkəzi olan Torezə daxil olublar.
Bundan əlavə, atışmalar Şimali Donetskdə və eyni zamanda Donetskin şimal-qərbində yerləşən, üsyançıların qalası hesab olunan Qorlovkada davam edir.
Qorlovka hətta digər üsyançıların liderlərinin sərbəst silah kimi izah etdikləri İqor Bezlerin ("Bes") nəzarətindədir. Ləqəbinin mənası "iblis" və ya "şeytan" olan cənab Bezlerin MH17 qəzasında əli olduğu bildirilir.
Ukrayna Təhlükəsizlik Xidməti tərəfindən ələ keçirilən telefon danışıqları Bezlerin MH17 qəzası haqda məlumatlı olduğunu göstərir.
Döyüşlərin həm də strateji dəmiryolu və yol qovşağı olan Debaltsevoda baş verdiyi qeyd edilir.
Ukrayna KİV-i məlumat verir ki, şəhər ətrafı ərazilərin intensiv raket və minomyot atəşinə tutulması nəticəsində 20-30 mülki vətəndaş dünyasını dəyişib.
Human Right Watch münaqişənin hər iki tərəfini mülki əhali arasında ölüm hallarının artmasında günahlandırıb və xəbərdarlıq edib ki, Ukrayna qoşunları və üsyançıları bu kimi artilleriya atəşi nəticəsində baş vermiş hərbi cinayətlərdə günahkar hesab etmək olar.
Ukrayna rəsmi şəxsləri mülki ərazilərin hədəf seçilməsini inkar ediblər və hətta bildiriblər ki, Donetsk şəhərinin ətrafının keçən həftə raket atəşinə məruz qalması səbəbkarı Ukrayna bayrağı rəngində rənglənmiş olan üsyançılara məxsus təyyarə olmuşdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB