Nigeriyada fəaliyyət göstərən "Bako Haram" terror qrupu iyulun 27-də Nigeriya ilə sərhəddə yerləşən Kamerunun Kolofot şəhərinə hücum edərək dörd hərbiçini və on iki mülki vətəndaşı qətlə yetirib, onlarla insanı isə girov götürüb.
Yerli rəsmılər girov götürülənlər arasında Kamerunun Baş nazirinin müavininin həyat yoldaşının da olduğunu bəyan ediblər.
Afrika qitəsinin dörd ölkəsi-Nigeriya, Niger, Çad və Kamerun regionu daim təhdid edən "Bako Haram" terorçularına qarşı birgə mübarizə aparmaq barədə iyulun 23-də əldə etdikləri ümumi razılığa cavab olaraq Baş nazirin müavininin həyat yoldaşının girov götürüldüyü bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB