İŞİD liderinə ağır zərbə

İraq ordusu İŞİD-in sözçüsü Əbu Məhəmməd Əl-Ədnanini və təşkilat liderinin bacısı oğlu Əl-Ədnanı öldürüb. Məlumatda bildirilir ki, İŞİD-in sözçüsü digər terrorçularla birgə Mosul universitetinin idman meydançasında təlim məşqləri keçən zaman İraq Hərbi Hava Qüvvələrinin hücumuna məruz qalıblar. Hücum zamanı orada olan bütün terrorçular, o cümlədən Əbu Məhəmməd Əl-Ədnani də məhv edilib. Bundan əlavə İraq ordusnunun Tikrit şəhəri ətrafında keçirdiyi əməliyyatlar zamani terror təşkilatının lideri Əbu Bəkr Əl-Bəğdadinin qardaşı oğlu Əl-Ədnan da zərərsizləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə