İsrailin Qəzzada hərbi əməliyyatlara başlamasından bu günə qədər 697 fələstinli öldürülüb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin yaydığı hesabatda bildirilir. Sənədə əsasən, ölənlərdən 170-i uşaq, 86-sı isə qadındır. Ölən fələstinlilərdən 518-nin dinc sakin olduğu qeyd edilir.
Həmçinin bəyanatda münaqişə nəticəsində yaralıların da sayı açıqlanıb. Hesabata görə, münaqişə nəticəsində 1213 uşaq və 698 qadın daxil olmaqla 3,993 fələstinli yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB