İsraildə səfərbərlik elan edildi

İsraildə səfərbərlik elan edildi

Fələstində müsəlmanların qətliamını davam etdirən İsraildə səfərbərlik elan edilib. Bu barədə xaricdə səfərdə olan İsrail vətəndaşlarına yaxın mənbələrdən məlumat daxil olub.

Xəbərdə bildirilib ki, İsrail vətəndaşları bir nəfər kimi orduya çağırılır. Hətta xaricdə səfərdə olan israillilər də təcili olaraq geri çağırılıb. Hökumətin bu qərarını qəbul edən vətəndaşlar təcili olaraq səfərlərini təxirə salaraq İsrailə dönüblər.

Məsələyə aydınlıq gətirmək üçün İsrailin Bakıdakı səfirliyi ilə əlaqə saxladıq. Lakin mətbuat xidmətinin rəhbəri yerində olmadığından hələlik sualımız cavabsız qalıb.

Rəsmi açıqlama almağa çalışacağıq.

Bütün xəbərlər Facebook səhifəmizdə