Qəza ərazisindən 251 nəfərin cəsədi tapıldı

Qəza ərazisindən  251 nəfərin cəsədi tapıldı

Malayziyaya məxsus təyyarənin qəzaya uğradığı ərazidə 251 nəfərin cəsədi, habelə ölənlərin bədənlərinin 66 ayrı-ayrı hissəsi tapılıb. SİA-nın məlumatına görə, bu barədə Ukrayna Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında bildirilir.

Qeyd olunur ki, cəsədlər və bədən fraqmentləri Torez dəmir yolu stansiyasında refrijerator-vaqonlara yüklənib. Mütəxəssislər artıq 120 kv.m-lik ərazidə axtarış aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə