Qəzzada qarşıdurma: 358 ölü, 2685 yaralı

Qəzzada qarşıdurma: 358 ölü, 2685 yaralı

İsrailin Qəzzaya qarşı aramasız şəkildə apardığı qarşıdurma nəticəsində həyatını itirən fələstinlilərin sayı 358-ə, yaralıların sayı isə 2685 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Qəzzadakı Fələstin hökumətinin Səhiyyə nazirliyinin rəsmisi Əşrəf-əl-Kudra açıqlama verib.

O bildirib ki, İsrailin Qəzza şəhərinin ən böyük ərazilərindən biri olan Şucaiyyədə baş verən qarşıdrumada 7 insan ölüb, 33 nəfər isə yaralanıb: "Qarşıdurmada həyatını itirənlər arasında "Həmas"ın siyasi bürosunun üzvlərindən biri Xəlil əl-Hayın oğlu Usama əl-Hayye, gəlini Hale Sakr Əbu Hini və uşaqları olub".

Qeyd edək ki, son iki gündə İsrail ordusunun hücumları zamanı 110-dan çox fələstinli ölüb. Qəzzada hərbi əməliyyatlar 12 gündür ki, davam edir. Bu müddət ərzində 340-dan çox fələstinli ölüb, 2,5 mindən çoxu isə yaralanıb. İsrail tərəfdən isə 3 əsgərin öldüyü, 5-nin yaralandığı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə