ABŞ-ın Vaşinqton ştatında meydana gələn yanğında 73 kvadrat kilometrlik ərazi külə dönüb. Rəsmilər yanğının ildırım vurması nəticəsində baş verdiyini bildirib. 100-dən artıq ev yanıb, bölgədə yaşayan əhali təhlükəsiz yerlərə köçürülüb. Xilasetmə qüvvələri yanğını nəzarət altına almağa çalışır.
ABŞ-ın Vaşinqton ştatındakı Pateros qəsəbəsi alova qərq olub. Qəsəbənin böyük bir hissəsini əhatə edən yanğında 100-dən çox ev yaşanılmaz hala düşüb. Evlərlə birlikdə avtomobillər də yanaraq sıradan çıxıb.
Geriyə isə külə dönmüş xarabalıqlar qalıb. Rəsmilər yanğının Kaskeyd Dağlarına düşən ildırımdan başladığını bildiriblər. Yanğında təxminən 73 kvadrat kilometr sahə külə dönüb. Qəsəbə sakinləri isə təhlükəsiz ərazilərə köçürülüb, xəstəxanalar boşaldılıb. Ətrafdakı qəsəbələrdə də sakinlərə evlərini tərk etmələri tələb olunub. Baxmayaraq ki, yanğında ölən ya da xəsarət alan olmayıb.
ABŞ-ın qərb ştatlarında başlayan yanğın mövsümü səbəbi ilə rəsmilər Vaşinqton və Oreqon ştatlarında ən yüksək xəbərdarlıq elan edilib. Yanğınsöndürənlər təyyarə və vertolyotlarla, quru və isti havaya baxmayaraq yanğını söndürmək üçün dayanmadan işləyirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB