Qəzzada ölənlərin sayı 300-ü keçdi
Qəzzadan son xəbər

İsrailin Qəzzada qurudan, dənizdən və havadan həyata keçirdiyi əməliyyatlar nəticəsində həyatını itirən fələstinlilərin sayı 304 nəfərə çatıb. Yaralıların sayı isə 3 minə yaxınlaşır. "Əl-Mayadin" saytının son məlumatına görə, bu ana qədər Fələstin 75-i uşaq, 25-i qadın olmaqla 304 şəhid verib. Cümə günündən başlayan quru əməliyyatları zamanı isə, 59 fələstinli şəhid olub, 430 nəfər yaralanıb.

İftar saatlarında Cerad ailəsinin evinə atılan top mərmisi ilə ev yerlə yeksan olub, nəticədə 4-ü uşaq olmaqla 8 nəfər həyatını itirib.

İsrail rejiminin topları daha çox Qəzzanın şimalını və Xan Yunusun şimalını bombalayır. Son olaraq Xan Yunusda 4 nəfər şəhid olub, 3 nəfər yaralanıb. Xan Yunusda bir evin bombalanması ilə kameralarla anbaan qeydə alınıb. Bölgəyə yaxınlaşmaq istəyən ambulanslar da atəşə tutulur.

İsrail rejiminin ordusu isə, Qəzzada Qəssam briqadasının hərbçiləri ilə silahlı qarşıdurmalarda xeyli yaralılarının olduğunu etiraf edib. Artıq 2 İsrail hərbçisinin öldüyü də təsdiqlənib. Eyni zamanda Beyt Hanunda artıq ikinci İsrail tankı partladılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə