İtaliyanın sabiq baş naziri Silvio Berluskoniyə qarşı irəli sürülən qanunsuz intim münasibətlə bağlı ittihamlar ləğv olunub və ona bəraət verilib. Yerli KİV-lərin məlumatında bildirilir ki, bunu hətta vəkillərdə gözləmirmiş. 77 yaşlı sabiq dövlət rəsmisi bir müddət əvvəl 18 yaşına çatmamış qız ilə intim münasibət qurmaqda ittiham olunurdu.
Berluskoni qızın həddi buluğa çatmamasından xəbərsiz olduğunu deyirdi. Məhkəmə onun 7 illik azadlıqdan məhrumetmə cəzasını 1 il müddətində ictimai xidmətlə əvəz etmişdi.
Eyni zamanda, vergi qaçaqçılığında ittiham olunan Berluskoni hazırda qocalar evində icbari şəkildə xidmət göstərməklə cəzasını çəkir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB