Yaponiya Meteorologiya Agentliyinin yaydığı xəbərə görə, Sakit okeanda yaranmış və bu ölkədə 10 nömrəli adlandırılan Matmo tufanı gələn həftənin ortalarında cənub prefekturası Okinavaya çatacaq. Tufanın mərkəzində havanın təzyiqi 1002 hektopaskala, küləyin sürəti saniyədə 18 metrə çatır. Şimal-şərqə doğru hərəkət edən tufanın gücü artmaqda davam edir.
Xəbər verdiyimiz kimi, ötən həftə Yaponiyanın cənub və mərkəzi rayonlarını tutmuş Noquri tufanı, iyulda Yaponiya arxipelaqı üzərində ən güclü siklon hesab edilib. Yaponiya Yanğınsöndürmə İdarəsinin məlumatına əsasən, həmin tufan yeddi nəfərin ölümünə və 63 nəfərin ciddi xəsarət almasına səbəb olub. Bundan əlavə, bəzi tikililərə də ziyan dəyib.
Vüqar Ağayev, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB