İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində 306 nəfər ölüb RƏSMİ

İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində 306 nəfər ölüb RƏSMİ

İsrailin Qəzzaya etdiyi hücumlar nəticəsində ümumilikdə 306 nəfər ölüb, 2250 nəfər yaralanıb. SİA bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Fələstin Dövlətinin Səhiyyə Nazirliyi tərəfindən yayılan məlumata görə, ötən gecə Qəzzanın müxtəlif rayonlarına endirilən zərbələr nəticəsində 9 mülki fələstinlinin öldüyü qeyd olunur.

Əlavə edilib ki, iyulunun 7-dən bəri davam edən hücumlarda ölən 306 nəfərdən 74-ü uşaq, 26-sı isə qadındır.

Bütün xəbərlər Facebook səhifəmizdə