Türkiyənin İzmir şəhərində növbəti dəfə zəlzələ olub. SİA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, Bakı vaxtı ilə 00:45-01:30 radələri ərzində İzmirin Urla rayonunda üç dəfə yeraltı təkan olub. Saat 00:45-də 2,4 bal, 00:51-də 2,3 bal, 01:30-da isə 2,6 bal gücündə zəlzələ baş verib. Təkanlar İzmirin mərkəz hissələrində hiss edilib.
Hadisə nəticəsində dağıntılar qeydə alınmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB