Malayziyaya məxsus "Boeing 777" təyyarəsinin Ukraynanın Donetsk vilayətində düşdüyü ərazidə 188 meyit və qalıqları aşkarlanıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN rəhbərinin müşaviri Anton Qeraşenko televiziya efirində çıxışı zamanı məlumat verib.
"Son saata olan məlumata görə, hadisə yerindən 188 meyit və qalıqları toplanıb. Meyitlər Xarkova göndəriləcək", deyə Qeraşenko bildirib.
Xatırladaq ki, Malayziyaya məxsus "Boeing 777" Ukraynanın Donetsk vilayətində qəzaya uğrayıb. Təyyarədə 298 sərnişin olub. Lakin onlardan heç bri sağ qalmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB