Niderland təyyarə qəzası ilə əlaqədar beynəlxalq istintaqın aparılmasını tələb edir

Niderland təyyarə qəzası ilə əlaqədar beynəlxalq istintaqın aparılmasını tələb edir

Niderland "Malaysia Airlines" şirkətinin Amsterdamdan Kuala-Lumpura uçan "Boeing 777" təyyarəsinin qəzaya uğraması ilə əlaqədar müstəqil və şəffaf beynəlxalq istintaqın aparılmasını təkidlə tələb edir. SİA bu barədə Niderlandın Azərbaycandakı səfirliyinin "Facebook" səhifəsinə istinadən xəbər verir.

Məlumatda bildirilir ki, "Niderland MH17" reysini həyata keçirən təyyarənin qəzaya uğramasından dərin sarsılıb: " Biz milliyətindən asılı olmayaraq göyərtədə olan hər kəs üçün kədərlənirik. Düşüncələrimiz onların ailələri, dostları və tanışları ilədir. Niderland hökuməti tez bir zamanda qurbanların ailələrini məlumatlandırmaq üçün əlindən gələni edir".

Məlumatda hadisə ilə əlaqədar olaraq Niderland Xarici İşlər Nazirliyində böhran qrupu yaradıldığı da qeyd olunub.

Xatırladaq ki, iyulun 17-də "Malaysia Airlines" şirkətinə məxsus "Boeing 777" təyyarəsi Ukraynanın Donetsk vilayəti üzərində qəzaya uğrayıb. Təyyarədə 298 sərnişini olub. Qəzada sağ qalan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə