Aİ Şurası və Avropa Komissiyasının prezidentləri qəzaya uğrayan təyyarə ilə bağlı bəyanat yayıb

Aİ Şurası və Avropa Komissiyasının prezidentləri qəzaya uğrayan təyyarə ilə bağlı bəyanat yayıb

Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması və xeyli sayda insanın həyatını faciəvi şəkildə itirməsi bizi çox sarsıtdı. SİA-nın Avropa İttifaqı (Aİ) Şurasının saytına istinadən verdiyi məlumata görə, bu barədə Aİ Şurasının Prezidenti Herman Van Rompuy və Avropa Komissiyasının Prezidenti Jose Manuel Barrozunun Malayziya təyyarəsinin Ukraynada qəzaya uğraması ilə əlaqədar yaydığı birgə bəyanatında deyilir.

Herman Van Rompuy və Jose Manuel Barrozu birgə bəyanatında Aİ adından Niderland və Malayziyanın baş nazirlərinə, qəza vətəndaşlarını itirilən dövlətlərə və qurbanların ailələrinə dərin hüznlə başsağlığı veriblər.

Bəyanatda qeyd olunur ki, bu hadisə nəticəsində bir çox ölkələrin vətəndaşları həlak olub: "Biz bu qəzanın dərhal və hərtərəfli şəkildə araşdırılmasına çağırırıq. Faktlar və məsuliyyət tez bir zamanda müəyyənləşdirilməlidir. Avropa İttifaqı bu məsələni yaxından izləməyə davam edəcək".

Dünən Ukraynanın döyüşlərin getdiyi ərazisi üzərində "Malayziya Hava Yolları"na məxsus, göyərtəsində 295 nəfərin olduğu təyyarə qəzaya uğrayıb. Təyyarənin qəzaya uğramasının səbəblərindən biri kimi onun vurula bilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə