Metroda baş verənlərdə günahkar olanlar saxlanılıb

Moskva metrosunda baş verən qıza ilə bağlı şübhəli bilinən iki nəfər saxlanılıb. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, şübhəli bilinənlər metropoliten əməkdaşları olan Valeri Başkatov və Yuri Qordovdur.

Valeri Başkatov "Moskva metropoliteni" yol xidmətinin əməkdaşı, Yuri Qordov isə onun köməkçisidir.

Məlumata əsasən hər iki şəxs "Park Pobedı" – "Slavyanski bulvar" stansiyaları arasında qatarları istiqamətləndirən mexanizmin qurulması ilə bağlı aparılan işlər zamanı səhlənkarlığa yol veriblər. Yaxın vaxtlarda onlara qarşı ittihamlar irəli sürüləcək.

Rusiya İstintaq Komitəsi icraçılarla yanaşı rəhbər şəxsləri də məsuliyyətə cəlb etməyi planlaşdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə