Bu gün Moskvada matəm günüdür

Bu gün Moskvada matəm günüdür

Bu gün Rusiyanın paytaxtında matəm elan olunub. matəm ötən gün səhər saatlarında metroda baş verən qəza ilə əlaqədar

Metro qəzası ilə əlaqədar Rusiyanın paytaxtında matəm elan olunub. SİA-nın rus KİV-lərinə istinadən verdiyi xəbərə görə, matəm günü ilə əlaqədar Moskvada dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər təxirə salınacaq.

Xatırladaq ki, ötən gün Moskva metrosunda qəza baş vermişdi. Son məlumatlara əsasən, qəza nəticəsində 22 nəfər ölüb, 129 nəfər xəsarət alıb. Paytaxt sakinlərindən başqa Rusiyanın 12 regionunun sakini və 5 əcnəbi zərər çəkib, 2 xarici vətəndaşı ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə