Moskvada metroda baş verən qəza nəticəsində ölənlərin sayı 19-a çatıb. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi rəisinin müavini Aleksandr Qavrilov deyib.
Moskva merinin müavini Pyotr Biryukov isə jurnalistlərə açıqlamasında bildirib ki, artıq 12 nəfərin cəsədi çıxarılıb. Onun sözlərinə görə, hazırda Təcili Tibbi Yardım, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB