Moskva metrosunda qəza baş verib. SİA-nın RİA Novostiyə istinadən verdiyi xəbərə görə, 3 nəfərin öldüyü , ən azı 50 nəfərin yaralandığı bildirilir. Belə ki, bu gün səhər "Park Pobedı"- "Slavyanskiy bulvar" yolunda 3 vaqon relsdən çıxıb. Onlardan biri ciddi zədələnib, vaqonda təxminən 20 nəfər qalıb.
Metropolitenin saytında bildirilir ki, "Park Pobedı" stansiyasından "Molodyojnaya" stansiyasınadək birinci yolda hərəkət dayandırılıb.
"Park Pobedı" stansiyasındakı tüstülənmə ilə əlaqədar "Slavyanskiy bulvar" və "Park Pobedı" stansiyalarına giriş bağlıdır. Tüstülənmənin səbəbləri müəyyən edilir.
FHN-in Moskva üzrə Baş İdarəsindən dəqiqləşdirilib ki, "stansiyalar arasındakı yolda gərginliyin kəskin azalması səbəbindən metroda siqnal sistemi yanlış olaraq işə düşüb ki, bu da qatarın qəfil dayanmasına səbəb olub".
İlkin məlumatlara görə, Moskva metrosunda 3 vaqonun relsdən çıxması nəticəsində 3 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB