Separatçılar 4 şəhərdən çıxarıldı

Ukrayna ordusu dörd şəhəri azad etdi
Separatçılar 4 şəhərdən çıxarıldı

Ukrayna ordusu ölkənin şərqində daha dörd şəhəri tutub. Bu barədə Ukrayna Müdafiə Nazirliyi xəbər yayıb.

"Metallist, Aleksandrovsk, Beloe, Raskoşnoe yaşayış məntəqləri separatçılardan azad edilib" – deyə, Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Qeyd edək ki, ötən həftə Ukrayna ordusu Slavyansk, Kramatorsk, Artyomovsk və Drujkovka şəhərlərini azad etdiyini açıqlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə