Moskva Ukrayna ərazisinə birbaşa müdaxilə etmək üçün cəmiyyət içində fikir formalaşdırır. Bu informasiyanı Rusiyanın "Kommersant" qəzeti özünün Kremldəki etibarlı mənbələrinə istinadən yayıb. Mənbə bu planın genişmiqyaslı olmayacağını bildirib. O, sadəcə olaraq, "Rusiya ərazisinə atəş açan" müəyyən hədəflərin tam məhv edilməsinin nəzərdə tutulduğunu deyib.
Qeyd edək ki, bir müddət öncə Rusiyanın vitse-spikeri Yevgeni Buşmin də Ukrayna ərazisinə zərbələrin vurula biləcəyi ilə bağlı açıqlama vermişdi.
Onu da xatırladaq ki, dünən Rusiya mətbuatı Ukrayna ordusunun Rostov əyalətindəki bir evi raket ilə yox etməkdə günahkar bilmişdi. Mərminin düşməsi nəticəsində isə bir nəfər həlak olmuş, ikisi isə yaralanmışdı. Rusiya Xarici İşlər Nazirliyi isə Kiyevin bu addımının qarşılıqsız qalmayacağını söyləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB