Rusiya Ukrayna ərazisinə Rostov əyalətindən xüsusi təyinatlıların keçirilməsini planlaşdırır. Bu açıqlama ilə ukraynalı hərbi ekspert Dmitri Timçuk çıxış edib.
O, əldə etdikləri informasiyanın dəqiq olduğunu bildirib: "Rostov əyalətinə Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) ştatda olan xüsusi təyinatlılarından ibarət qruplar gəlib. Bizdə olan məlumata görə, onların komandirlərinə iyulun 15-nə qədər Ukrayna ərazisinə qoşunların yeridilməsi haqqında göstəriş verilib. Hazırda bu qrupların hansı ad altında Ukrayna ərazisinə keçirilməsi məsələsi müzakirə olunur. Onlar ya sülhməramlılar adı altında Ukraynaya yeridiləcək, ya da ki, bu, aprel ayında Krımdakı kimi "yaşıl adamcıqlar" formatında baş tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB