Əfqanıstanda keçirilmiş prezident seçkilərinin ikinci turunda böyük saxtalaşdırma hallarına yol verildiyinə dair məlumatların yoxlanılması vacibdir. İTAR-TASS agentliyinə istinadla xəbər verir ki, bu bəyanatla Kabildə səfərdə olan ABŞ dövlət katibi Con Kerri keçirdiyi mətbuat konfransında çıxış etmişdir. "Bülletenlər BMT-nin nəzarəti altında sayılacaqdır", - deyən amerikalı diplomat əlavə etmişdir ki, bu proses 24 saat ərzində Kabildə başlayacaqdır.
Kerri, həmçinin bildirmişdir ki, hər iki namizəd – Abdulla Abdulla və Əşrəf Əhmədzay, eləcə də dövlət başçısı postunu tərk edən Həmid Kərzayi aparılan danışıqlar zamanı səslərin yenidən sayılması ilə razılaşmışlar.
Dövlət katibi qeyd etmişdir ki, avqustun 2-nə təyin olunmuş inaqurasiya başqa vaxta keçiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB