İyulun 12-də səhər saat 4:22 dəqiqədə Yaponiyanın şimal-şərqində 6,8 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanların episentri Fukusima prefekturasının şərq sahillərində, ocağı isə 10 kilometr dərinlikdə yerləşmişdir.
Zəlzələ nəticəsində ciddi dağıntılar qeydə alınmasa da üç nəfərin xəsarət aldığı bildirilir. Yaponiya Meteorologiya Agentliyi (YMA) sunami təhlükəsi elan etmiş, yerli hökumət orqanları 26 min insana təxliyə xəbərdarlığı göndərmişdir. Zəlzələdən iki saat sonra YMA sunami xəbərdarlığını ləğv etmişdir.
Yeraltı təkanlar Hönsü adasında yerləşən 24 prefekturada hiss olunmuşdur. Qəzalı vəziyyətdə olan "Fukusima-1" atom elektrik stansiyasının (AES) operatoru "Tokyo Electric Power Co." şirkətinin yaydığı məlumata əsasən, zəlzələ AES-də ciddi təhlükə yaratmamışdır. "Tohoku Electric Power Co." şirkəti də operatoru olduğu "Onaqava" AES-də ştatdankənar vəziyyətin qeydə alınmadığını bildirmişdir.
Meteoroloqların bildirdiyinə görə, bu, 2011-ci ilin martında baş vermiş güclü, dağıdıcı zəlzələnin afterşoklarından biridir.
Vüqar Ağayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB