Gürcüstanın sabiq prezidenti, görkəmli ictimai-siyasi xadim Eduard Şevardnadze vəfat edib. SİA-nın xəbərinə görə, E. Şevardnadze 86 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, E. Şevardnadze 1928-ci il yanvarın 25-də anadan olub. 1972-1985-ci illərdə Gürcüstan KP MK-nın birinci katibi, 1985-1990-cı illərdə SSRİ-nin Xarici İşlər naziri vəzifələrində çalşıb. 1995-2003-cü illərdə Gürcüstan Respublikasının Prezidenti olub.

Bütün xəbərlər Facebook səhifəmizdə