Yaponiya KXDR-ə qarşı tətbiq etdiyi sanksiyaların bir qismini ləğv edəcək
Yaponiya hökuməti Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı tətbiq etdiyi sanksiyaların üçünü ləğv etmək barədə rəsmi qərar qəbul etmişdir. Bu addım oğurlanmış və ya itkin düşmüş Yaponiya vətəndaşlarının taleyinin araşdırılması üzrə Pxenyan tərəfindən yaradılmış xüsusi komitə işə başlayan kimi atılacaqdır.
İyulun 3-də Baş nazir Şinzo Abenin və əlaqədar nazirlərin iştirakı ilə keçirilən yığıncaqda həftənin əvvəlində baş tutmuş Yaponiya-KXDR hökumətlərarası görüşünün nəticələri müzakirə edilmişdir.
Yığıncaq zamanı bildirilmişdir ki, KXDR tərəfindən yaradılmış xüsusi komitənin işi səmərəli olacaqdır. Çünki Milli Müdafiə Məsələləri Komissiyası kimi səlahiyyətli orqan bu komitəyə ölkənin istənilən təşkilatında araşdırma aparmaq hüququ vermişdir.
Bunu nəzərə alaraq, yığıncaq Yaponiya tərəfindən birtərəfli qaydada KXDR-ə qarşı tətbiq edilən sanksiyaların bir qismini ləğv etmək qərarına gəlmişdir.
İyulun 4-də jurnalistlər qarşısında çıxış edən Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirmişdir ki, KXDR tərəfindən oğurlanmış yaponların taleyi Şinzo Abe hökuməti üçün xüsusi prioritetə malikdir və hökumət onun tam həlli üçün lazım olan hər şeyi edəcəkdir.
Vüqar Ağayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB