Qazaxıstan XİN rəsmi İrəvanın AİB-yə üzv olma haqqında sazişi imzalayacağı vaxtı açıqlayıb
"Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmasına dair sazişi bu ilin oktyabr ayında imzalaya bilər". Bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib. Onun sözlərinə görə, saziş böyük ehtimalla AİB-ə üzv ölkə başçılarının Belarusun paytaxtı Minskdə keçiriləcək növbəti toplantısında imzalanacaq.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin isə açıqlama vermişdi ki, Ermənistan AİB-ə üzv olma haqqında sazişi yaxın vaxtlarda imzalayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB