Çexiya İraqa humanitar yardım göstərəcək

Çexiya İraqa humanitar yardım göstərəcək

Çexiya Respublikası İraq sakinlərinə humanitar yardım məqsədilə 3 milyon krona (111,1 min avro) vəsait köçürəcəkdir. Bu vəsaitin ayrılması barədə ölkənin xarici işlər naziri Lubomir Zaoralek sərəncam vermişdir. Yardımın çatdırılmasında vasitəçi rolunu Beynəlxalq Miqrasiya Təşkilatı yerinə yetirəcəkdir. Çexiya İraqda bu təşkilatla əvvəllər də əməkdaşlıq etmişdir.

Xatırladaq ki, iyun ayında İraqda döyüş əməliyyatları nəticəsində 1000-dən çox adam həlak olmuşdur. Onların əksəriyyəti mülki əhalidir. Yüz minlərlə iraqlı öz evlərini tərk etməyə məcbur olmuşdur.

Bütün xəbərlər Facebook səhifəmizdə