Almaniya prezidenti təklif irəli sürüb

Almaniya prezidenti təklif irəli sürüb

Almaniya Prezidenti Yoahim Qauk Avropa ölkələrinin hakimiyyət orqanlarına müraciət edərək, onları qaçqınların qəbulu zaman həmrəylik nümayiş etdirməyə çağırmışdır. O, bu fikri iyunun 30-da qaçqınların müdafiəsinə həsr olunmuş konfransda səsləndirmişdir. Almaniya Prezidentinin nitqi onun rəsmi saytında yerləşdirilmişdir.

Dövlət başçısının fikrincə, Avropa ölkələri sərhəd ölkələrə pənah gətirən qaçqınları layiqli təmin etmək üçün birgə səylər göstərməlidirlər. Prezident demişdir: "İtaliya və ya Malta sahillərinə pənah gətirən qaçqınlar təkcə Maltanın və ya İtaliyanın qayğısı deyildir".

Prezident vurğulamışdır ki, Almaniyanın hakimiyyət orqanlarına ötən ilin ilk beş ayı ərzində sığınacaq verilməsi barədə 55 min ərizə daxil edilmişdir. Bu sayda ərizə Avropanın heç bir ölkəsinə verilməmişdir. Lakin ölkə əhalisinin sayı ilə müqayisədə Almaniya bu göstərici üzrə Avropada yalnız 9-cu yeri tutur.

Prezident onu da bildirmişdir ki, yoxsul ölkələrdən olan qaçqınlar çox vaxt qeyri-leqal yolla Avropaya gəlmək üçün öz həyatlarını təhlükə altına qoyurlar. Frans Press Agentliyi xəbər verir ki, İtaliyanın sərhəd mühafizə xidmətinin iyunun 30-da verdiyi məlumata görə, Siciliya sahillərində içərisində 30 meyit olan qayıq aşkar edilmişdir. İtaliya tərəfinin versiyasına görə, onlar suda boğulmuşlar, halbuki həkimlər miqrantların hava çatışmazlığından öldüklərini iddia edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə