Türkiyənin baş naziri, Ədalət və İnkişaf Partiyasının (AKP) lideri Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində namizəd kimi çıxış edəcək. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ankarada keçirilən təntənəli toplantıda rəsmən elan olunub.
Ərdoğanın avqustun 10-da keçiriləcək prezident seçkilərində namizədliyini kürsüdən AKP sədrinin müavini, Türkiyə Böyük Millət Məclisinin sabiq sədri Mehmet Əli Şahin elan edib.
Xəbər alqışlarla qarşılanıb və iştirakçılar ayağa qalxıb. Toplantıda Ərdoğanın həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Qeyd edək ki, iki böyük müxalifət partiyası – Cümhuriyyət Xalq və Milliyyətçi Hərəkat partiyaları İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin İhsanoğlunu prezidentliyə namizəd göstərib. Kürd partiyası HDP-nin (Halkların Demokrasi Partisi) namizədi isə Səlahəddin Dəmirtaş olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB