Çin hökuməti 2030-cu ilədək sənayenin inkişaf planını açıqlayıb. Plana əsasən, ölkə göstərilən tarixədək dünyanın nəhəng çip istehsalçısı olmağı qarşısına məqsəd qoyub. SİA-nın xəbərinə görə, bu məqsədə həmçinin sənayenin dəstəklənməsi üçün müəyyən edilən yeni siyasət və maliyyə güzəştləri ilə nail olmaq nəzərdə tutulur.
Proqramda yarımkeçiricilər sahəsinin inkişafı geniş təsvir olunub. Qeyd edilir ki, Çin yüksək texnologiyalı istehsalın həcmini genişləndirməklə yanaşı, Qərb şirkətlərindən asılılığını azaldaraq əsas diqqəti ölkənin texnoloji proseslərinə yönəldəcək.
Hazırda Çin dünyanın nəhəng elektronika istehsalçısıdır. Ötən il ölkədə 1,5 milyard smartfon və 340 milyondan çox fərdi kompüter istehsal edilib. Lakin Çin bu göstəricilərə qiymətlərin aşağı olması və informasiya texnologiyaları sahəsində marjanın (qiymət və maya dəyəri arasında olan fərq) az olması (4,5 faiz) sayəsində müvəffəq olub. Marjanın az olması istehsalçıları tədqiqat və işləmələr üçün resurslardan məhrum edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB