Nigeriyanın şimal-şərqində yerləşən Borno əyalətinə hücum edən "Boko Haram" terror qruplaşması iki kəndi işğal ediblər. İşğal nəticəsində çoxsaylı insan tələfatının olduğu bildirilir.
SİA-nın xəbərinə görə, aprel ayından bugünə qədər yüzdən çox qızın qaçırıldığı Çibok yaxınlığındakı Koronqinim və Ntsiha kəndlərinə iyirmidən çox bokoharamçı basqın edərək kəndlərə od vurub, insanları qətlə yetiriblər. Özünü Boko Haram lideri kimi qələmə verən Əbubəkr Şekau qızların azadlığı qarşılığında Nigeriya dövlət orqanlarındakı nümayəndələrinin sərbəst buraxılmasını istəyib.
Xatırladaq ki, Boko Haram təşkilatı dinə söykənən, Qərb təhsilinə qarşı olan, minlərlə günahsız insanların ölümünə yol açan qanlı hücumların təşkilatçısıdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB