Rusiya prezidenti Vladimir Putin və onun Ukraynalı həmkarı Pyotr Poroşenko zirehli texnikanın Ukrayna sərhədini keçməsi məsələsini müzakirə edib. Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin müşaviri Yuriy Uşakov bildirib.
"Bu məsələ ilə bağlı prezidentlər səviyyəsində danışıqlar aparılıb", - deyən Uşakov tərəflər arasında danışıqların detallarını açıqlamayıb.
Ukrayna tərəfənin üzr istəməsi barədə suala cavan verən Uşakov bildirib: "Məndə bu barədə dəqiq məlumat yoxdur, lakin bu məsələ prezidentlər və XİN səviyyəsində müzakirələr aparılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB