Ötən il planetin ən varlı adamlarının siyahısına daha 1,76 milyon şəxs əlavə olunmuşdur. Bu barədə məlumat Capgemini konsaltinq qrupunun və Wealth Management bankın illik hesabatında yer almışdır.
Euronews telekanalı xəbər verir ki, milyonçuların siyahısına daşınmaz əmlak, bahalı incəsənət əşyaları və avtomobillər nəzərə alınmadan 1 milyon dollardan yuxarı investisiyaya malik şəxslər daxil edilir. Dünyada belə insanların sayı 13,7 milyon nəfərdir. Onların 60 faizi ABŞ, Yaponiya, Almaniya və Çində yaşayır. Rusiyada həmin meyarlara cavab verən 160 min milyoner vardır.
Hesabatda bildirilir ki, ötən il milyonçular ordusu 15 faiz artmışdır. Dünyanın ən zəngin şəxslərinin investisiya kapitalı ümumilikdə 52,6 trilyon dollar təşkil edir və bunun 40 faizi son beş ildə qazanılmışdır. Bu məbləğin 18 trilyon dolları 128 min ultra-milyonçunun əlində cəmlənmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB