Çilidə "ALMA" beynəlxalq yerüstü rəsədxanasında dünyanın ən iri teleskopu üçün 66 antenadan sonuncusu quraşdırılıb. SİA-nın xəbərinə görə, 2013-cü ildə rəsədxananın rəsmi açılışı zamanı 59 radioantena fəaliyyət göstərib. Atakama səhrasında dəniz səviyyəsindən 5 min metr hündürlükdə Çaxnantor yüksək dağlıq yaylasında və 16 kvadratmetr kilometr ərazidə yerləşən Böyük Atakama teleskopu astronomiya tarixində ən böyük layihədir.
Kosmosu müşahidə etmək üçün səhradakı iqlim şəraiti çox əlverişlidir. Yüksəklik, havanın tez-tez buludsuz olması, quru hava və böyük şəhərlərdən uzaq məsafədə yerləşmə astronomlara Yer kürəsinin sirlərini maneəsiz tədqiq etməyə imkan verir. "ALMA" millimetr və submillimetr diapazon dalğalarında işləyir.
Antenalardan hər birinin diametri 12 metrdir, antena sisteminin uzunluğu isə ümumilikdə 16 kilometrə çatır. Bu antenalardan alınan məlumatları saniyədə 17 kvadrilyon əməliyyatı yerinə yetirən superkompüter emal edəcək. Teleskopun superkompüter vasitəsilə topladığı və emal etdiyi məlumatlar kosmosun dərinliklərində prosesləri tədqiq etməyə imkan verir. Dəyəri 1,5 milyard dollar qiymətləndirilən "ALMA"-nın yaradılması ABŞ, Yaponiya, Çili və bir sıra Avropa ölkələri tərəfindən maliyyələşdirilib.
Teleskop tam gücü ilə fəaliyyətə başladıqdan sonra "NASA"-nın "Hubble" teleskopunun çəkdiyi fotoşəkillərdən 10 dəfə yaxşı təsvir ala biləcək. "ALMA" kosmosun qalaktikaların formalaşdığı və ulduzların əmələ gəldiyi ən soyuq və qaranlıq guşələrinin işığını görə biləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB