İran-Azərbaycan sərhədində, Araz çayının o tayında güclü meşə yanğını olub. SİA-nın xəbərinə görə, bu barədə İranın dövlət agentliyi xəbər yayıb. Məlumata görə, hadisə iyunun 17-də gecə saatlarında İranın Ərdəbil vilayətinin Parsabad (Muğan) rayonunun Dostlu kəndində baş verib.
Nəticədə yüzlərlə ağac yanaraq məhv olub. İran tərəfi yanğının söndürüldüyünü açıqlayıb.
Yanğının baş vermə səbəbləri isə hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB