İranın Rəzəvi Xorasan vilayətində ağır yol qəzası baş verib. SİA-nın İRNA-ya istinadən verdiyi xəbərə görə, Tərbət Heydəriyyə - Məşhəd yolunun 30-cu kilometrində sərnişin avtovusu TIR-la toqquşub.
Nəticədə avtobus hissələrə bölünüb. Sərnişinləri xüsusi alətlər vasitəsi ilə dəmir parçalarının arasından çıxarmaq mümkün olub.
Hadisə nəticəsində 1 nəfər ölüb, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB