Fransada iyunun 14-dən ara vermədən yağan yağışlar və əsən güclü küləklər ölkənin cənub-şərq regionlarında, habelə Aşağı və Yuxarı Korsika, Buş-dü-Ron, Var və Alp-de-Ot Provans departamentlərində ciddi problemlərə səbəb olmuşdur.
Saatda 120 kilometr sürətlə əsən güclü külək ağacları kökündən çıxararaq yollara yıxmış və nəticədə nəqliyyatın hərəkətini çətinləşdirmişdir. Aylıq norma olan 20 mm əvəzinə 50-80, bəzi yerlərdə isə 100 mm yağıntının düşməsi daşqınlar və torpaq sürüşmələri yaratmışdır.
Torpaq sürüşməsi acınacaqlı vəziyyətə səbəb olmuşdur. Bəzi yol kənarlarındakı iri qaya parçalarının hərəkət edən maşınların üstünə düşməsi faciə yaratmışdır. Gözlənilməz hadisə zamanı 3 nəfər həlak olmuş, 5 nəfər isə yaralanmışdır.
Sürüşmə bəzi yollarda nəqliyyatın hərəkətinin dayanmasına səbəb olmuşdur. Bir çox təhlükəli yerlərdə isə maşınların hərəkətinə qadağa qoyulmuşdur.
Əhali ölkədə qeyri-sabit hava şəraitinin bir neçə gün davam edəcəyi barədə xəbərdar edilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB