İŞİD Bağdada çatdı

İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən "İraq Şam İslam Dövləti" adlı terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir. İraqda Mosul və Tikrit şəhərlərini ələ keçirən "İraq Şam İslam Dövləti" adlı terror təşkilatı paytaxt Bağdad şəhərinə doğru irəliləyir. Türkiyə xəbər agentliklərinə istinadən verilən məlumata görə, hazırda Bağdadın 50 kilometrliyində yerləşən Bakuba şəhəri yaxınlığında İraq ordusu ilə İŞİD silahlıları arasında döyüş gedir.

Döyüşlərin Bakubadan 35 km aralıda yerləşən Mikdadiyə yaşayış məntəqəsində getdiyi bildirilir. Bağdad sakinlərinin şəhəri tərk etməyə başladığı haqda xəbərlər yayılır. İŞİD Kərkük-Bağdad yolunu da nəzarətə götürüb. Bakubanın yarım milyon əhalisinin əksəriyyəti sünnilərdən ibarətdir. Şəhər İran sərhədindən 93 km uzaqda yerləşir. İŞİD Bakubanın cənub-şərqindəki 6 kəndi ələ keçirib və irəliləməkdə davam edir. "AL Jazeera" müxbiri Ömər əl Salih İŞİD silahlılarının Səlahəddin vilayəti istiqamətindən Bağdada doğru irəlilədiyini xəbər verib. O, Bağdadda komendant saatı elan edildiyini bildirib.

Xatırladaq ki, İŞİD-in sözçüsü Əbu Məhəmməd əl-Adnani əsas məqsədlərinin paytaxt Bağdad və Kərbəlanı ələ keçirmək olduğunu bildirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə