Aeroporta hücum: 8 ölü

Pakistanda terrorçular Karaçi şəhərində yerləşən beynəlxalq hava limanına hücum ediblər. Yayılan xəbərlərə görə, hadisə nəticəsində ən azı 8 nəfər ölüb.Aeroporta hücum nəticəsində yaralananlar da var. Xəsarət alanların vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı gözlənilir. Müdafiə Naziri Sind Niyaz Abbasinin bildirdiyinə görə, ölənlərdən 5-i hava limanının təhlükəsizlik xidmətinin əməkdaşıdır.

Ordu və terrorçular arasında döyüş 5 saat çəkib. Hücum nəticəsində 3 təyyarəyə də ziyan dəyib. Hava limanın fəaliyyəti dərhal dayandırılıb, sərnişinlər və əməkdaşlar hadisə yerindən təxliyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə